Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) mənzil-qərargahında növbəti xidməti iclas keçirilib.
"Postxronika.az" Azərbaycan Ağırlıqqaldırma Federasiyasına istinadən xəbər verir ki, federasiyanın vitse-prezidenti Firdovsi Umudovun rəhbərliyi ilə baş tutan toplantıda milli komandaların məşqçiləri, həkimlər və inzibati heyət iştirak ediblər. Görüşdə ilk olaraq gələn ay təşkil olunacaq “Məktəblilərin Respublika İdman Olimpiadası”na hazırlıq işləri ilə bağlı müvafiq tapşırıqlar verilib, həmçinin iyulda keçiriləcək Gənclər və Yeniyetmələr arasında Azərbaycan Birinciliyinin təşkili məsələləri diqqətə çatdırılıb.
Toplantı zamanı yenilənmiş Texniki və Yarış Qaydaları, eləcə də yığma komandalar daxilində nizam-intizam məsələləri ətraflı müzakirə edilib. Bununla yanaşı, AAF tərəfindən paytaxt və bölgələrdə fəaliyyət göstərən mərkəzlərin ştanq avadanlıqları ilə təminatı prosesinin hazırda icra mərhələsində olduğu bildirilib.