Türkiyədə təşkil edilən “EFES-2026” çoxmillətli birgə müştərək təlimi çərçivəsində növbəti əməliyyat tapşırıqları uğurla yerinə yetirilib.
Postxronika.az xəbər verir ki, fəaliyyət planına uyğun olaraq, iştirakçı dövlətlərin hərbi qulluqçuları dənizdən sahilə hücum əməliyyatını həyata keçiriblər. Yüksəksürətli katerlərlə şərti düşmən mövqelərinə yaxınlaşan qruplar, intensiv atəş dəstəyi altında quruya çıxaraq ordakı istehkamları dəf ediblər. Qısa müddətdə qarşı tərəfin müdafiə xəttini zərərsizləşdirən bölmələr sahil zolağını tamamilə təmizləməyə nail olublar. Aparılan effektiv hərbi əməliyyat sayəsində desant qüvvələrinin quruya maneəsiz və təhlükəsiz çıxması təmin edilib.