Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü reallaşıb.

Postxronika.az Report agentliyinə istinadən xəbər verir ki, "Süni intellekt və rəqəmsal inkişaf" mövzusuna həsr olunan sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev türk dünyasının gələcək geosiyasi güc mərkəzinə çevrilməsi istiqamətində strateji mesajlar verib. Dövlət başçısı öz çıxışında TDT-yə üzv ölkələrin iqtisadi, rəqəmsal və nəqliyyat-logistika potensialının vahid mexanizmdə birləşdirilməsinin vacibliyini xüsusi vurğulayıb. Bu çərçivədə Bakı və Astanın birgə reallaşdırdığı Trans-Xəzər Fiber-Optik Kabel xətti və Zəngəzur dəhlizi layihələri regional ticarəti qlobal data axını səviyyəsinə qaldırır. regional inteqrasiyanı sürətləndirmək məqsədilə transsərhəd daşımalarda bürokratik əngəlləri aradan qaldıran "e-Permit" (elektron icazə) sisteminin tətbiqi də Orta Dəhlizi qlobal ticarət üçün ən cəlbedici marşruta çevirir. Tədbir türk dünyasının qlobal texnoloji yarışda milli dəyərlərə söykənən təhlükəsiz rəqəmsal ekosistem qurduğunu bir daha nümayiş etdirib.