Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) iştirak etmək üçün rəsmi müraciətlərin sayı rekord həddə çatıb.
"Postxronika.az" xəbər verir ki, cari ilin mayın 16-nı əhatə edən statistikaya əsasən, beynəlxalq platformada təmsil olunmaq məqsədilə 182 ölkədən 40 mindən çox şəxs qeydiyyatdan keçib. Belə güclü qlobal reaksiya tədbirin dünya miqyasındakı nüfuzunu və daha təhlükəsiz, inklüziv həmçinin dayanıqlı yaşayış məntəqələri formalaşdırmaq üçün ortaq öhdəliyi nümayiş etdirir. Müasir çağırışların fonunda ekoloji və sosial baxımdan davamlı şəhərlərin gələcəyinin paytaxtımızda müzakirə olunması xüsusi əhəmiyyət kəsb edir. Hazırda genişmiqyaslı layihəyə ev sahibliyi edəcək Bakı şəhəri dünyanın müxtəlif yerlərindən gələcək qonaqları qarşılamağa tam hazırdır.