Suriyada Şam rəhbərliyi ilə PKK/YPG terror qruplaşması arasında silahlı qarşıdurmalar kəskinləşib.
Postxronika.az xəbər verir ki, Suriya Müdafiə Nazirliyi terrorçuların mülki əhaliyə qarşı artan hücumlarına cavab olaraq Hələbdə məhdud hərbi əməliyyata start verildiyini elan edib. Şəhərin Əşrəfiyyə və Şeyx Maqsud məhəllələri hərbi zona elan edilərək saat 15:00-dan etibarən komendant saatı tətbiq olunub.
Rəsmi Dəməşq terrorçu mövqelərinin "qanuni hədəf" olduğunu bildirərək dinc sakinləri həmin nöqtələrdən uzaq durmağa çağırıb. Sərəncam qüvvəyə mindikdən dərhal sonra Suriya ordusu müəyyən edilmiş sığınacaqları bombalamağa başlayıb. Gərginlik səbəbindən minlərlə vətəndaş təhlükəsiz bölgələrə köçmək məcburiyyətində qalıb.