Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə telefonla zəng edib.
Postxronika.az "Report" agentliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı qazaxıstanlı həmkarını ad günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar, qardaş ölkə xalqına isə daim rifah arzulayıb. Ali qonaq göstərilən diqqətə və səmimi sözlərə görə dərin minnətdarlığını bildirib. Söhbət zamanı tərəflər regional əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi apararaq, ikitərəfli dostluq münasibətlərinin uğurlu inkişafını məmnunluqla vurğulayıblar. Eyni zamanda, mayın 15-də Türküstan şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün türk dünyasında həmrəyliyin gücləndirilməsi baxımından önəmi xüsusi qeyd edilib.