Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mayın 18-də Bakıya rəsmi səfər edəcək.

Postxronika.az "Report" agentliyinə istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində sözügedən qurumun nazir müavini Ömər Bulut açıqlama verib.

O bildirib ki, M. Kurum paytaxtda azərbaycanlı həmkarı ilə ikitərəfli görüş keçirəcək. Səfər proqramı çərçivəsində iki ölkə arasında bəzi mühüm müqavilələrin imzalanması da planlaşdırılır. Bu görüşlər tərəflər arasındakı mövcud əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. Hazırda Bakı şəhəri beynəlxalq şəhərsalma platformasında mühüm müzakirələrə ev sahibliyi edir.