Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib.

Postxronika.az  xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Serbiya dövlət başçısını hava limanında Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində mötəbər beynəlxalq tədbirdə iştirakla yanaşı, ikitərəfli əlaqələrin inkişafına dair müzakirələrin aparılması da gözlənilir. Hazırda Bakı şəhəri qlobal miqyaslı daha bir mühüm foruma uğurla ev sahibliyi edir.