ABŞ viza almaq istəyən şəxslər üçün maliyyə öhdəliklərini kəskinləşdirərək siyahıya daha 25 ölkəni əlavə edib.
Postxronika.az xəbər verir ki, yanvarın 21-dən qüvvəyə minəcək yeni qaydalara əsasən, müraciət edənlərdən 5 min dollar ilə 15 min dollar arasında depozit tələb olunacaq.
Bu tətbiqə daxil edilən ölkələr arasında Tacikistan, Qırğızıstan, Kuba və bir çox Afrika dövlətləri yer alır.Dövlət Departamenti bildirib ki, girovun ödənilməsi viza verilməsinə zəmanət deyil və rəsmi icazə olmadan edilən ödənişlər geri qaytarılmayacaq.
Bununla da ümumilikdə 38 ölkənin vətəndaşları üçün ABŞ-a səfər etmək daha baha və çətin prosedura çevrilib.
Eyni zamanda, Vaşinqton viza muafiyyəti olan ölkələrin turistləri üçün də sosial media məlumatlarının yoxlanılması kimi ciddi nəzarət tədbirlərini planlaşdırır.