Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev paytaxtda uğurla icra olunan nəhəng şəhərsalma layihələrinə də xüsusi toxunub.
Postxronika.az xəbər verir ki, dövlət başçısı əvvəllər ekoloji cəhətdən çirkləndiyi üçün "Qara şəhər" adlandırılan ərazinin böyük bir sənaye transformasiyası keçdiyini bildirərək qeyd edib: “İndi isə biz müasir şəhərsalmanın nümunəsi Ağ şəhəri yaratmışıq”.
Ölkə rəhbəri Azərbaycanın şəhərsalma sahəsindəki dinamik inkişafının digər parlaq təzahürü kimi “Sea Breeze” layihəsini diqqətə çatdırıb. Prezident İlham Əliyev forumun xarici qonaqlarına Xəzər dənizinin sahilyanı zonasında yerləşən həmin müasir yaşayış və istirahət kompleksinə baş çəkməyi tövsiyə edib.