Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Postxronika.az xəbər verir ki, dövlət başçısı Tbilisiyə reallaşan əvvəlki rəsmi səfərinin əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəni məmnunluqla xatırladıb və imzalanacaq yeni sənədlərin tərəfdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Səmimi qəbula görə minnətdarlığını bildirən qonaq Bakının BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etməsini yüksək qiymətləndirərək ölkələrimizin qlobal logistik əlaqələrdəki strateji roluna toxunub. Görüşdə siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat və sərmayə sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri ətraflı müzakirə olunub.
Sonda iki ölkə rəhbərinin iştirakı ilə Gürcüstana təbii qaz və elektrik enerjisinin tədarükü, həmçinin elektrik enerjisinin tranziti barədə mühüm sazişlər imzalanıb. Eyni zamanda, "Bakı–Tbilisi–Qars" yeni dəmir yolu xəttinin Marabda–Türkiyə sərhədi sahəsinin yenidən qurulması üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu təsdiqlənib.