YENİLƏNDİ - 22:45: Postxronika.az xəbər verir ki, vətəndaşlara elan olunmuş uçuş saatları daha sonrakı vaxta (gecikmə ilə) çəkilib.

Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sözügedən istiqamət üzrə reysləri ləğv olunub.

Postxronika.az xəbər verir ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin ediləcək.

"Sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır", - məlumatda vurğulanıb.