Postxronik.az fərdi psixologiya ilə bağlı "Təhsil fakültəsi dərgisi"ndə yayımlanan məqalənin tərcüməsini təqdim edir.


                                                Üçüncü hissə


Psixoloji konsulatasiya texnikaları

Yuxular: Pasiyentin gələcəkdə yaşaya biləcək potensial problemini yuxuda həll etməsi kimi qiymətləndirilir. Yuxular problemi, pasiyentin hansı yönə hərəkət edəcəyini göstərir və müalicəni istiqamətləndirir.

Yozum: Məsləhətçi pasiyentdən əldə etdiyi bütün məlumatları şərh edir. Məlumatların səbəbi yox məqsədləri araşdırılır. Yozumlar vasitəsilə məsləhətçi pasiyentin həyatına işıq tutur.

Avtomatik düymə: Müalicə zamanı bəzi pasiyentlər mənfi duyğulardan asılı olduğunu deyir. Bu cür vəziyyətdə məsləhətçi pasiyentdən xoş bir xatirəsini yadına salmağını və bu xatirəyə aid duyğularını təsvir etməyini istəyir. Daha sonra pasiyentdən keçmişdə ona pis təsir edən bir hadisəni xatırlamağını, bu təəsssürala bağlı duyğularını qiymətləndirməsini tələb edir. Bundan sonra pasiyent birinci xatirəni təkrar yadına salır. Məqsəd onun istədiyi duyğu və düşüncəni yaratmaqda azad olduğunu göstərməkdir.

Çoxsaylı psixoterapiya: Pasiyentin birdən çox məsləhətçi ilə müalicə edilməsidir. Bu texnika pasient və məsləhətçi üçün bir çox fayda təmin edir:

1.    Məsləhətçilər bir-biri ilə qarşılıqlı əlaqədə olduğundan pasiyent bir nəfərdən asılı olmur

2.    İki məsləhətçinin müalicə ilə bağlı eyni fikri müdafiə etməsi pasiyentdə güvən yaradır

3.    Pasiyent iki məsləhətçi arasındakı fikir ayrılıqlarının hər zaman münaqişəyə yol açmayacağını görür

4.    Çoxsaylı terapiya öyrənməni asanlaşdıran mühit yaradır

5.    Pasiyent iki ayrı insan və yanaşma ilə qarşılıqlı əlaqədə olur

6.    Davamlı olaraq yeni fikirlərin irəli sürülməsi müalicəni sürətləndirir

7.    Pasiyent iştirakçı və müşahidəçi olduğundan özünü daha qərəzsiz müşahidə edə bilir

8.    Pasiyentin bir məsləhətçi ilə əməkdaşlığı alınmasa müalicəsini digəri ilə davam etdirir

9.    Çoxsaylı terapiya demokratik və sosial qarşılıqlı təsirdir


Fərdi psixologiyanın tənqidi

1.    Fərdi psixologiya fenomenoloji müalicə yanaşmasıdır. Adler həddindən artıq ümumiləşdirmə edərək yalnız subyektiv hadisələrə yönəlib və obyektiv faktları kənarında saxlayıb

2.    Məqsədəyönlü davranışlar üzərində dayanıb. Lakin bu məqsədlər keçmiş təəssüratların nəticəsində ortaya çıxır. Subyektiv mənada bu fikri qəbul etmək çətindir

3.    Natamamlıq duyğuları və üstünlük səyləri ifrat nümunələr əks etdirir. Bir çox insan bu hissləri yaşamadan gündəlik həyatını davam etdirir. Sosial maraq anlayışı insan münasibətlərindəki düşüncə, duyğu və davranışların hamısını ehtiva edirmi? Bu mövzuda aydınlıq yoxdur.

4.    Adlerin insandakı dağıdıcı meylləri arxa plana atmağı nəzəriyyəsində boşluq yaradır

5.    Adlerin fərz etdiyi böyüklərə aid əskiklik və üstünlük duyğusunun uşaqlarda da olduğunu düşünmək üçün, onların mürəkkəb və inkişaf etmiş qavrama bacarıqlarının olduğunu qəbul etməliyik


Nəticə

Adler qurduğu fərdi psixologiya yanaşması ilə müasir psixologiyaya böyük təsir göstərib. O, Freuddan fərqli olaraq insanı passiv və çarəsiz varlıq kimi görmür. İnkişaf etdirdiyi yaradıcı mənlik, seçim edə bilmə bacarığı və sosial maraq kimi anlayışlarla Freuddan seçilir.

Beləliklə, Adler humanist fərziyyələrin öncüsüdür. Neofreydizmə də böyük ölçüdə təsir edib. İnkişaf etdirdiyi anlayışlar və texnikalar psixoloji məsləhətdə etibarlılığını qorumqdadır.


Ağa Rza