Prezident İlham Əliyev mayın 19-da Sabir Xudu oğlu Rüstəmxanlının “Şərəf” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Postxronika.az President.az-a istinadən xəbər verir ki, dövlət başçısının qərarı xalq şairinin Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə, Konstitusiyanın 109-cu maddəsinin 23-cü bəndinə rəhbər tutularaq qəbul edilib.