Qazax rayonunun 2026-cı il üçün “İdman Paytaxtı” seçilməsi münasibətilə mayın 27–29 tarixlərində bölgədə xüsusi düşərgə və yürüş proqramı təşkil olunacaq.

Postxronika.az xəbər verir ki, Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək layihə çərçivəsində iştirakçılar Qarasu gölü ərazisində məskunlaşacaqlar. Üç günlük tədbir boyu gənclər qayayadırmanma məşqlərinə qatılacaq, həmçinin Damcılı bulaq, Avey məbədi və mağaralar istiqamətində hərəkət edəcəklər. Marşrutun əsas hissəsini füsunkar Göyəzən dağına yürüş və zirvənin fəthi təşkil edəcək. Sağlam həyat tərzinin və ekoturizmin təbliğinə xidmət edən bu idman festivalı kütləvi informasiya vasitələri üçün tam açıq elan olunub.