Ermənistan Xizək İdman Federasiyası Tour de Ski turniri zamanı Beynəlxalq Xizək Federasiyası (FIS) tərəfindən erməni xizəkçi Mikael Mikaelyana tətbiq olunan cəriməni ödəyəcək.

Postxronika.az xəbər verir ki, cəriməyə səbəb idmançının formasında turnirin titul sponsoru olan “Azerbaijan” yazısını örtməsidir. Qeyd edək ki, 2025-ci ildən etibarən Azərbaycan Dövlət Turizm Agentliyi FIS-in rəsmi sponsoru statusuna malikdir və sponsorun adının iştirakçıların geyimində göstərilməsi məcburidir.