Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı çatıb və mənzillərin açarları yeni sakinlərə təqdim olunub.

Postxronika.az xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində reallaşan bu mərhələdə doğma yurda daha 39 ailə, yəni 165 nəfər köçürülüb. İllərdir davam edən yurd həsrətinə son qoyan həmyerlilərimiz onlara göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Vətən həsrəti bitən sakinlər, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür ediblər. Onlar bu müqəddəs amal uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, onlara Allahdan rəhmət diləyiblər.