Fransa Prezidenti Emmanuel Makron azərbaycanlı həmkarı İlham Əliyevə telefonla zəng edib.
Postxronika.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Prezidentinin "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşılıb. Dövlət başçısı söhbət zamanı ikitərəfli münasibətlərin gündəliyində duran mühüm məsələlərin nəzərdən keçirildiyini qeyd edib. Paylaşımda, həmçinin qarşılıqlı maraq doğuran mövzular ətrafında faydalı fikir mübadiləsinin aparıldığı vurğulanıb. Liderlər dialoq əsnasında regional prosesləri və qlobal müstəvidə cərəyan edən hadisələri də geniş müzakirə ediblər.