Azərbaycanda qeyri-sabit hava şəraiti mülki aviasiya sahəsində uçuşların müvəqqəti təxirə salınmasına səbəb olsa da, aviaşirkətlər sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə meteoroloji vəziyyəti davamlı nəzarətdə saxlayır.
Postxronika.az xəbər verir ki, Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmış Bakı-Naxçıvan-Bakı uçuşlarını yenidən bərpa edib. Hazırda bölgədə qeyri-stabil hava şəraiti müşahidə olunsa da, prosesə təhlükə törətmədiyi üçün sözügedən marşrut üzrə reyslər uğurla yerinə yetirilir. Aviaşirkət vəziyyəti tam nəzarətdə saxlayır və sərnişinlərin təhlükəsizliyi üçün bütün zəruri tədbirləri görür. Uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verəcəyi təqdirdə vətəndaşlara müvafiq qaydada məlumat veriləcək.