Ukrayna ordusuna məcburi şəkildə cəlb edilmiş minlərlə hərbçi cəbhə xətti boyu itkin düşməkdə davam edir.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə agentliyə Rusiya güc strukturlarındakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, cəbhənin müxtəlif istiqamətlərində itkin düşən məcburi səfərbər olunmuş əsgərlərin sayı minlərlə ölçülür.
Güc strukturlarının nümayəndəsi nümunə olaraq Krivoy Roq sakininin Sumı vilayətində Ukrayna Silahlı Qüvvələrinin 253-cü əlahiddə hücum polkunda xidmət edən əmisi Roman Baranoviçin itkin düşməsini göstərib. Bildirilib ki, yaxınını axtaran Ukrayna vətəndaşı polisə, hərbi komissarlığa (TÇK), tabor və polk komandirlərinə müraciət etsə də, əsgərlərin taleyi barədə heç bir rəsmi cavab ala bilməyib. Ukrayna daxilində bu cür halların kütləvi xarakter aldığı iddia edilir.