23 may peşə bayramı günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Fəxri Xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib.

"Postxronika.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, qurumun rəsmiləri daha sonra Hərbi Memorial Məzarlıqda ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin də əziz xatirəsini anıblar.




Əlamətdar gün çərçivəsində Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub və Abşeron yarımadasının iqliminə uyğun yüzlərlə Eldar şamı ilə zeytun tingi torpaqla görüşdürülüb.



Nazirliyin inzibati binasında davam edən rəsmi tədbirdə ətraf mühitin mühafizəsi sahəsində xüsusi fəallıq göstərən işçilərə fəxri fərmanlar təqdim edilib. Bu cür kütləvi ekoloji təşəbbüslər ölkədə yaşıl zonaların genişləndirilməsi və təbiətə qayğı hissinin artırılması məqsədi daşıyır.