Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər üçün Dövlət Sərhəd Xidmətinə (DSX) tanışlıq səfəri təşkil edilib.
Postxronika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbir Müdafiə nazirinin 2026-cı il üçün təsdiqlədiyi fəaliyyət planına əsasən reallaşıb. Nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin təşkilatçılığı ilə baş tutan ziyarətdə 18 ölkənin hərbi attaşelik aparatından 26 nümayəndə iştirak edib. Görüş çərçivəsində əcnəbi diplomatlara qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Daha sonra qonaqlar "Siyasi repressiya qurbanları" muzeyini ziyarət edərək oradakı eksponatlarla tanış olublar.