Azərbaycanın Təbrizdəki baş konsulluğunun konsulu Ramil İmranov İranın Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini yerinə yetirərkən idarə etdiyi avtomobilin qəzaya uğraması nəticəsində dünyasını dəyişib.

Postxronika.az xəbər verir ki, bu barədə məlumat ölkənin Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında paylaşılıb. Hadisə Culfa-Təbriz avtomagistralında qeydə alınıb. Diplomatın qəfil itkisi həmkarlarını və yaxınlarını dərindən sarsıdıb. Nazirlik kollektivi bu ağır itki ilə bağlı mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.