Bakıda Özbəkistan ali təhsil müəssisələrinin III sərgi nümayişi təşkil olunub.
Postxronika.az xəbər verir ki, tədbir "İngla İnternational ETC", Özbəkistanın müvafiq nazirliyi və ölkəmizdəki səfirliyi, həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanasının tərəfdaşlığı ilə reallaşıb. Rəsmi açılışda çıxış edən parlamentarilər Anar İsgəndərov, Ceyhun Məmmədov, Azər Allahverənov və Müşviq Cəfərov müstəqillik illərində iki qardaş ölkə, eləcə də bütövlükdə Türk dünyası arasında humanitar və elmi əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıblar. Təşkilatçı qurumun rəhbəri Aytən Məmmədli isə bu cür layihələrin artıq xoş bir ənənəyə çevrildiyini diqqətə çatdırıb. Qeyd edək ki, qardaş dövlətin 20-yə yaxın universitetinin qatıldığı builki sərgidən əvvəl ilk iki analoji tədbir ötən il və cari ilin yanvar ayında reallaşdırılıb.