Mayın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Postxronika.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, paytaxtda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, bəzi ərazilərdə leysan xarakterli olacağı və şimşək çaxacağı gözlənilir. Səhər saatlarında cənub-şərq küləyi mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək, havanın temperaturu isə gündüz 20-24 dərəcə isti təşkil edəcək. Ölkənin rayonlarında da arabir yağıntılı hava şəraiti üstünlük təşkil edəcək, ayrı-ayrı bölgələrdə dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Bölgələrdə temperaturun gündüz saatlarında 23-28, dağlıq rayonlarda isə 13-18 dərəcə isti olacağı bildirilir.