Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Kursk vilayətinin Lqov rayonunda dəmir yolu xəttinə hücum edib, nəticədə yanacaq daşıyan vaqon alovlanıb.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Xinşteyn məlumat yayıb. Qubernatorun sözlərinə görə, ilkin məlumatlara əsasən hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Xinşteyn həmçinin təhlükəsizlik məqsədilə yaxınlıqdakı yaşayış məntəqəsindən 76 nəfərin müvəqqəti olaraq təxliyə edildiyini bildirib. Həmin şəxslərin qohumlarının və yaxınlarının evlərində yerləşdiriləcəyi qeyd olunub. Hazırda ərazidə yanğının söndürülməsi və fəsadların aradan qaldırılması istiqamətində operativ xidmətlər çalışır.