Rusiya qüvvələri DXR-in şimalındakı Svyatogorsk şəhəri və yaxınlıqdakı Boqorodiçnoye kəndi istiqamətində irəliləyir. 
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın rəhbəri Denis Puşilin məlumat verib. Onun sözlərinə görə, Krasnı Liman istiqamətində, xüsusilə Tatyanovka və Prişib yaşayış məntəqələri ərazisində döyüşlər davam edir.
Puşilin əlavə edib ki, Krasnı Limanda və Drobişevo yaşayış məntəqəsi yaxınlığında rəqibin əks-hücum cəhdləri fonunda şiddətli döyüşlər gedir. Respublikanın rəhbəri vurğulayıb ki, Rusiya bölmələri vəziyyəti nəzarətdə saxlayır və imkan daxilində öz mövqelərini yaxşılaşdırmaqda davam edir.