İngiltərə Premyer Liqasında 21-ci turun oyunları keçirilib. 

Postxronika.az xəbər verir ki, "Bornmut" doğma meydanda "Tottenhem" ilə qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Vitaliti Stadiumda hesab oyunun əvvəlində açılıb. Matis Tel qapını dəqiq nişan alıb. 22-ci dəqiqədə Evalinson Markus Tavernenin ötürməsini dəqiq tamamlayıb. Çox keçmədən Eli Junior Krupi azarkeşlərini sevindirib. 78-ci dəqiqədə Juan Palinya hesabı bərabərləşdirib.  Oyun sonuna əlavə edilmiş 5-ci dəqiqədə Antuan Semenyo komandasına vida hədiyyəsi verib. "Bornmut" doğma meydanda "Tottenhem"i 3:2 hesabı ilə məğlub  edib.

Daha bir görüş "Brentford" və "Sanderlend" arasında keçirilib. "Arılar" azarkeşləri önündə qələbə qazanıb. Paytaxtda günün ilk qolu 30-cu dəqiqədə qeydə alınıb. Braziliyalı hücumçu İqor Tiaqo hədəfdən yayınmayıb. 60-cı dəqiqədə qonaq komanda penalti vurmaq hüququ qazanıb, lakin Enzo Le Fe bu şansı dəyərləndirə bilməyib. Çox keçədən İqor Tiaqo dubl edib. 73-cü dəqiqədə Yeqor Yarmolyuk matçın son qolunu vurub. Beləliklə, "Brentford" doğma meydanda "Sanderlend"i 3:0 hesabla məğlub edib.

Günün digər qarşılaşmasında "Fulhem" "Çelsi"ni qəbul edib. "Ağlar" meydandan qələbə ilə ayrılıb. 22-ci dəqiqədə İspaniyalı müdafiəçi Mark Kukurelya qırmızı vərəqə ilə cəzalandırılaraq oyundan kənarlaşdırılıb. Qonaqlar matça 10 nəfərlə davam edib. Birinci hissəyə əlavə edilmiş 4-cü dəqiqədə Xarri Vilson hesabı açmağa yaxınlaşıb. Lakin, VAR sistemi oyundankənar vəziyyət elan edib, qol ləğv olunub. 55-ci dəqiqədə Raul Ximenes fərqlənib. 72-ci dəqiqədə hücumçu Liam Delap hesabı bərabərləşdirib. Çox keçmədən Xarri Vilson komandasının hesabına 2-ci qolu yazdırıb. "Fulhem" - "Çelsi" 2:1.


"Mançester Siti" və "Brayton" qarşılaşması isə heç-heçə ilə nəticələnib. 1-ci hissənin sonunda "Şəhərlilər" penalti hüququ qazanıb.  Erlinq Haland penaltini dəqiq yerinə yetirib. 60-cı dəqiqədə Kaoru Mitoma qələbə şansını meydan sahiblərinin əlindən alıb. Etihad stadionunda matç kollektivlərin 1:1 hesablı bərabərliyi ilə başa çatıb.

"Mançester Yunayted" səfərdə "Bernli" ilə heç-heçə edib. 13-cü dəqiqədə Eyden Xeven avtoqol edib. Birinci hissə meydan sahiblərinin minimal hesablı üstünlüyü ilə başa çatıb. 50-ci dəqiqədə Benyamin Şeşko hesabı bərabərləşdirib. Çox keçmədən Slovakiyalı hücumçu dubl edib. 66-cı dəqiqədə Ceydon Entoni matçın son qolunu atıb. Beləliklə, matç komandaların 2:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Heç-heçə ilə bitən matçlardan biri də "Everton" və "Vulverhempton" qarşılaşması olub. Maykl Kin 17-ci dəqiqədə hesabı açıb. 69-cu dəqiqədə hücumçu Mateuş Mane "Qurdları" məğlubiyyətdən azad edib. 83-cü dəqiqədə Maykl Kin, 7 dəqiqə sonra isə Cek Qriliş qırmızı vərəqə ilə cəzalandırılaraq oyundan kənarlaşdırılıblar. "Everton" - "Vulverhempton" 1:1.

"Nyukasl" əlavə vaxtda vurulan 2 qol ilə "Lids"ə qalib gəlib. Sent Ceyms Parkda 32-ci dəqiqədə Brenden Aronson hesabı açıb. Az sonra Xarvi Barns hesabı bərabərləşdirib. Birinci hissəyə əlavə edilmiş 5-ci dəqiqədə Dominik Kalvert Lyuin topu rəqib qapısından keçirib. 54-cü dəqiqədə braziliyalı yarımmüdafiəçi Joelinton Bruno Qimaraynsın ötürməsini dəqiq tamamlayıb. 79-cu dəqiqədə Brenden Aronson dubl edib. Qonaqlar qələbə şansı əldə ediblər. Lakin, 90+1-ci dəqiqədə Bruno Qimarayns penaltini dəqiq yerinə yetirərək bu şansı onların əlindən alıb. Xarvi Barnsn qolu isə "Qartallar"a qələbə qazandırıb.  Nəticədə, "Nyukasl" doğma meydanda "Lids" kollektivini 4:3 hesabı ilə məğlub edib.

"Kristal Pelas" və "Aston Villa" arasında keçirilən matçda isə azarkeşlər qol sevinci yaşamayıb. 

Qeyd edək ki, turnir cədvəlində "Arsenal" 48 xalla liderdir. "Mançester Siti" və "Aston Villa" isə 43 xalla 2-ci və 3-cü pillələrdə qərarlaşıb.

Türkanə Muradlı