Azərbaycan Xarici İşlər Nazirliyi, Bakı Dövlət Universiteti və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının birgə tərəfdaşlığı ilə paytaxtda "Afrika Günü"nə həsr edilən mötəbər tədbir baş tutub.
Postxronika.az Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, beynəlxalq konfransda qitə ölkələrinin ölkəmizdəki səfirləri, millət vəkilləri, rəsmi şəxslər, ekspertlər və afrikalı tələbələr iştirak ediblər. Toplantının açılışında tərəflər arasındakı strateji əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri yüksək qiymətləndirilib. Panellər zamanı siyasi-iqtisadi əlaqələrin gücləndirilməsi, parlamentlərarası dialoq və Afrikanın qlobal sistemdəki artan rolu ətrafında geniş fikir mübadiləsi aparılıb. Həmçinin qonaqlara "ASAN xidmət" modelinin beynəlxalq arenada tətbiqi və təcrübə mübadiləsinə dair geniş təqdimat nümayiş etdirilib. Sonda iştirakçılar qarşılıqlı münasibətlərin dərinləşdirilməsi və yeni tərəfdaşlıq imkanlarını müzakirə ediblər.