Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair geniş iclas baş tutub.

Postxronika.az xəbər verir ki, dövlət başçısı tədbirdə geniş proqram xarakterli nitq söyləyib. Müşavirədə kənd təsərrüfatının müxtəlif sahələrində aparılan islahatlar, məhsuldarlığın artırılması və daxili bazarın yerli istehsal hesabına təmin olunması istiqamətində görülən işlər diqqət mərkəzində olub. Eyni zamanda, regionların iqtisadi potensialının gücləndirilməsi və fermerlərə dövlət dəstəyinin mexanizmləri ətraflı müzakirə edilib. Ölkə rəhbəri tərəfindən aqrar sektorun modernləşdirilməsi və idarəetmədə səmərəliliyin yüksəldilməsi ilə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.