Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müvafiq şöbəsində hazırda 10-u uşaq olmaqla, ümumilikdə 16 vətəndaşa xidmət göstərilir.
Postxronika.az Sosial Xidmətlər agentliyinə istinadən xəbər verir ki, fərdi iş planı əsasında aidiyyəti qurumlarla tərəfdaşlıq çərçivəsində sığınacaq sakinlərin sosial statusunun bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Müasir tələblərə cavab verən mərkəzdə zərərçəkənlərin ilkin tibbi müayinəsi aparılır və onların psixoloji-emosional vəziyyəti dərindən qiymətləndirilir. Bununla yanaşı, hüquqların müdafiəsi təmin edilməklə bərabər, həmin insanların asudə vaxtlarının səmərəli təşkili üçün də hər cür şərait yaradılıb. Qeyd edək ki, 2021-ci ildən fəaliyyət göstərən bu şöbədə ötən dövr ərzində 48-i azyaşlı olmaqla, bütövlükdə 74 nəfərlə kompleks reabilitasiya işləri aparılıb.