Ağ Ev ABŞ Prezidenti Donald Trampın Venesuela məsələsinə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətləri saxlayacağını bildirib.
Qeyd olunub ki, prezident Tramp həm Rusiya Prezidenti Vladimir Putinlə, həm də Çin Prezidenti ilə açıq, səmimi və yaxşı münasibətlərə malikdir. “Prezidentin Putinlə də, Çin Prezidenti ilə də çox açıq, dürüst və yaxşı münasibətləri var”, – deyə Ağ Evdən bildirilib.
Bildirək ki, son dövrlər Venesuela ətrafında yaranan beynəlxalq gərginlik fonunda böyük dövlətlər arasındakı münasibətlər diqqət mərkəzindədir.