“Azərbaycan Dəmir Yolları” QSC Müstəqillik Günü və Qurban bayramı ilə bağlı qeyri-iş günlərində sərnişinlərin daşınmasını təhlükəsiz təmin etmək üçün qrafikdə dəyişikliklər edib.

Postxronika.az xəbər verir ki, 27–31 may tarixlərində artan sərnişin axınını idarə etmək məqsədilə həm regional, həm də şəhərətrafı xətlər üzrə əlavə reyslər təyin olunub. Bakı–Balakən istiqamətindəki qatarlara ümumilikdə 20 əlavə vaqon qoşulacaq, Bakı–Ağstafa və Bakı–Qəbələ marşrutları üzrə isə yeni reyslər fəaliyyət göstərəcək. Həmçinin mayın 27-də Gəncə–Mingəçevir xətti üzrə ikitərəfli səfərlər təşkil ediləcək, Abşeron dairəvi qatarları isə qeyd olunan günlərdə şənbə-bazar qrafikinə keçəcək. Sərnişinlər bilet və dəqiq hərəkət cədvəli barədə məlumatları qurumun rəsmi saytından, mobil tətbiqindən və ya 1822 Əlaqə mərkəzindən öyrənə bilərlər.