Girdimançayın İsmayıllı rayonundan keçən hissəsində sel sularının gəlməsi nəticəsində təhlükəli vəziyyətdə qalan 5 sakin xilas olunub.

Postxronika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb edilərək əməliyyat şəraitini təcili qiymətləndiriblər. Müəyyən olunub ki, "Niva" markalı minik avtomobili çayda suyun güclü axını səbəbindən hərəkətsiz qalaraq vətəndaşların həyatı üçün risk yaradıb. Yanğınsöndürən-xilasedicilərin reallaşdırdığı operativ və təxirəsalınmaz tədbirlər sayəsində nəqliyyat vasitəsində sıxılıb qalan şəxslər təhlükəsiz zonaya təxliyə ediliblər. Çətin hava şəraitində həyata keçirilən bu xilasetmə əməliyyatı uğurla başa çatıb və xəsarət alan olmayıb.