Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində yerli sakinlərlə görüşü zamanı regionda yaşanan gərginliklərə toxunub. 

Postxronika.az xəbər verir ki, dövlət başçısı ölkəmizin həm şimal, həm də cənub sərhədlərində, eləcə də digər ərazilərdə müharibələrin alovlandığını diqqətə çatdırıb. Ölkə rəhbəri bu silahlı qarşıdurmaların sonunun necə bitəcəyini və hansı nəticələrə gətirib çıxaracağını heç kimin əvvəlcədən təxmin edə bilmədiyini vurğulayıb. Eyni zamanda o, döyüşən tərəflərin hər birinin özünü qalib elan etdiyini bildirərək, real qalibin kim olduğunu müəyyənləşdirməyin çətinliyini qeyd edib. Bu bəyanat Azərbaycanın qlobal və regional münaqişələr fonunda hər zaman ayıq-sayıq və qətiyyətli mövqe nümayiş etdirdiyini növbəti dəfə təsdiqləyir.