Dövlət Sərhəd Xidmətinin aparatında, struktur qurumlarında və hərbi hissələrində 28 May - Müstəqillik Günü münasibətilə silsilə mərasimlər təşkil olunub.
Postxronika.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Toplantılarda müsəlman şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin formalaşdırdığı dövlətçilik ənənələrindən və xalqımızın azadlıq iradəsindən bəhs olunub. Həmçinin Ulu Öndərin müstəqilliyimizin qorunmasındakı misilsiz xidmətləri və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sərhədlərimizin etibarlı mühafizəsi istiqamətində qazanılan uğurlar diqqətə çatdırılıb. Sonda hərbi qulluqçulara bayram münasibətilə hazırlanan sənədli filmlər nümayiş etdirilib.