Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Səid İsmayılov saxlanılıb.

Postxronika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı ondan 2 kiloqram marixuana və 1 kiloqram 175 qram həşiş götürülüb. İstintaq zamanı saxlanılan şəxs bu maddələri İrandan qaçaqmalçılıq yolu ilə gətirdiyini və Tərtər ərazisində satışını təşkil etmək məqsədilə aldığını etiraf edib. Qeyd olunan cinayət faktı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Məhkəmənin müvafiq qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.