Müqəddəs Qurban bayramı günlərində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, respublika üzrə ümumilikdə 134 məkanda qurbanlıq heyvanların satış və kəsim xidmətləri uğurla davam etdirilib. 

Postxronika.az xəbər verir ki, bayramın ilk günü ərzində bazara 20 mindən çox iri və xırdabuynuzlu mal-qara çıxarılıb. Təklif olunan heyvanlardan 4 mindən çoxu diri şəkildə satılıb, 10 mindən artığı isə sanitar-gigiyenik normalara uyğun olaraq yerində kəsilib. Həm sabit məntəqələrdə, həm də səyyar çadırlarda baytarlıq-sanitariya qaydalarına tam cavab verən lazımi şərait təmin olunub. Eyni zamanda əhalinin sağlamlığını qorumaq məqsədilə sahələrin mütəmadi dezinfeksiyası və tullantıların dərhal daşınması işləri fasiləsiz reallaşdırılır.