Cəlilabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib və çimmək üçün su hövzəsinə yollanan 19 yaşlı gənc ehtiyatsızlıq ucbatından faciəvi şəkildə həyatını itirib.
Postxronika.az xəbər verir ki, üzücü insident rayonun Privolnoye kəndi ərazisindən axan çayın yaxınlığındakı su hövzəsində qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu dostları ilə birgə çimməyə gedib və deryada qərq olub. Ətrafdakı yoldaşları gənci xilas etməyə çalışsalar da, onun həyatını qorumaq mümkün olmayıb. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin sonuncu kurs tələbəsi olan və iyulda hərbi xidmətə yola düşməyə hazırlaşan yeniyetmənin nəşi sudan çıxarılaraq aidiyyəti üzrə ekspertizaya təhvil verilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.