ABŞ Rusiya tankerlərini ələ keçirdi hərbi qüvvələri Atlantik okeanında Rusiya bayrağı altında üzən və Venesuela neftini daşıdığı iddia edilən iki tankeri ələ keçirib. Rəsmi Moskva bu addımı dəniz quldurluğu adlandıraraq Vaşinqtonu beynəlxalq hüququ pozmaqda ittiham edib.
Postxronika.az xəbər verir ki, bu barədə "Global News" agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, ABŞ tərəfi gəmilərin sanksiya tətbiq olunmuş yükləri daşıdığını əsas gətirərək əməliyyat keçirib. Rusiya Xarici İşlər Nazirliyi hadisəyə sərt reaksiya verərək cavab tədbirləri görəcəyini bəyan edib. Gərginlik fonunda dünya bazarında neft qiymətlərinin kəskin bahalaşması gözlənilir.