Ukrayna ordusunun Xarkov vilayətinin Karaiçnoye kəndindəki qoruyucu dəstələri (zaqradotryad) mövqelərindən qaçmağa cəhd göstərən Ukrayna Silahlı Qüvvələrinin 159-cu əlahiddə mexanikləşdirilmiş briqadasının bir qrup hərbçisini qətlə yetirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya güc strukturlarındakı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, cəbhənin bu istiqamətində qeydə alınan böyük itkilər fonunda Ukrayna komandanlığı təlim mərkəzlərindəki təlimatçılardan döyüş qrupları formalaşdıraraq ön xəttə göndərmək məcburiyyətində qalıb. Məlumatda həmçinin qeyd olunur ki, Ukrayna ordusunun qoruyucu dəstələri hərbçilərin geri çəkilməsinin qarşısını almaq üçün bütün təmas xətti boyu fəaliyyət göstərir. Bu dəstələrin mövcudluğu və fəaliyyəti daha əvvəl əsir düşən Ukrayna əsgərləri tərəfindən də dəfələrlə təsdiqlənib.