ABŞ-nin Yuta ştatının Solt Leyk Siti şəhərində Mormon kilsəsinin avtomobil dayanacağında silahlı insident baş verib. Naməlum şəxsin açdığı atəş nəticəsində iki nəfər həyatını itirib, hadisə yerinə çox sayda polis cəlb olunub.

Postxronika.az xəbər verir ki, bu barədə "The Hindu" və "AP News" agentlikləri məlumat yayıb. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır və cinayəti törədən şəxsin motivlərini müəyyənləşdirməyə çalışır. Şahidlərin sözlərinə görə, atəş səsləri ibadət zamanı eşidilib və ərazidə böyük panika yaranıb. Yerli icma rəhbərləri baş verənlərdən sarsıldığını bildiriblər.