ABŞ hərbi hava qüvvələri İrana doğru hərəkət edən neft tankerinə "Hellfire" raketi ilə zərbə endirib.

Postxronika.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat və hücum anının videosu ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən paylaşılıb. Hərbi əməliyyatın ABŞ Prezidenti Donald Trampın Tehrana öz şərtləri daxilində sülh sazişi imzalamaq üçün tətbiq etdiyi dəniz blokadası çərçivəsində həyata keçirildiyi bildirilir.

​Mərkəzi Komandanlığın rəsmi bəyanatına əsasən, Botsvana bayrağı altında üzən "M/T Lexie" adlı tankerin maşın bölməsi hədəf alınaraq gəmi hərəkətdən məhrum edilib. Sənəddə qeyd olunur ki, gəminin heyəti 24 saat ərzində ABŞ qüvvələrinin çoxsaylı xəbərdarlıqlarına və tələblərinə məhəl qoymayıb, nəticədə ABŞ hərbi təyyarəsi tankerin İrana çatmasının qarşısını almaq üçün raket zərbəsindən istifadə etmək məcburiyyətində qalıb.