ABŞ Dövlət Katibi Marko Rubio Venesuelada hakimiyyət dəyişikliyi prosesləri fonunda ölkənin neft sənayesinin bərpası üçün "Vaşinqtonun Yol Xəritəsi"ni təqdim edib. Yeni strategiya Nikolas Maduronun dövründə tətbiq edilən sanksiyaların tədricən ləğvini və enerji resurslarının qlobal bazara nəzarətli çıxışını nəzərdə tutur.
Postxronika.az xəbər verir ki, "Time" jurnalının istinad etdiyi sənəddə neft satışından əldə olunacaq gəlirlərin birbaşa Venesuelanın yenidən qurulmasına yönəldiləcəyi qeyd olunub. Rubio bildirib ki, bu plan regionda sabitliyi bərpa etmək və iqtisadi böhranı aradan qaldırmaq üçün yeganə çıxış yoludur. Ekspertlər bu addımın dünya bazarında neft qiymətlərinə ciddi təsir edəcəyini bildirirlər.