Sumqayıt şəhərində yaşayış evindən qızıl-zinət əşyalarının oğurlanması faktı qeydə alınıb. Zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək mənzilindən ümumi dəyəri 4000 manat olan qızıl məmulatlarının gizli yolla talandığını bildirib.
Postxronika.az xəbər verir ki, daxil olan şikayət əsasında polis əməkdaşlarının keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı əvvəllər də məhkumluq həyatı yaşamış bu qadının digər bir vətəndaşa məxsus planşeti də eyni üsulla mənimsədiyi aşkar olunub.
Faktla bağlı başlanmış araşdırmalar davam etdirilir.