Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunda 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş silsilə proqramlar həyata keçirilib.
Postxronika.az xəbər verir ki, anım mərasimlərində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yubiley günləri çərçivəsində hərbçilərimiz ölkə ərazisində fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinə, muzeylərə və abidələrə ziyarətlər edib, Ümummilli Liderin şərəfli ömür yolundan və fəaliyyətindən bəhs edən sənədli filmləri izləyiblər. Bununla yanaşı, şəxsi heyətlə tariximizə qızıl hərflərlə yazılmış bu əlamətdar gün barədə maarifləndirici söhbətlər aparılıb, müxtəlif mədəni-kütləvi aksiyalar reallaşdırılıb.