DÇ-2026-nın qrup mərhələsində növbəti oyun keçirilir. 

Postxronika.az xəbər verir ki, G qrupunda Belçika millisi Misir ilə qarşılıb.

Setll stadionunda baş tutan görüşə bu gün Bakı vaxtı ilə saat 23:00-da start verilib. 

Oyunda hesabı Misir yığması açıb. 19-cu dəqiqədə İmam Aşur Afrika təmsilçisini önə keçirib. 66-cı dəqiqədə Muhammed Hani qapıların yerini səhv salıb. Topu öz qapısına göndərən Hani bərabərlik qolunun müəllifi olub.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.