Paytaxtın Nizami rayonunda külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb və bu işdə şübhəli bilinən gənclər ələ keçib.
Postxronika.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat tədbiri zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 23 yaşlı Vüsal Nəsirov və onunla əlbir olan yetkinlik yaşına çatmayan tanışı A.Əbilzadə saxlanılıblar.
Onların sərnişin kimi istifadə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilən zaman oradan 9 kiloqram 915 qram marixuana, ümumilikdə isə 2 kiloqram heroin və metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.
Saxlanılan şəxslər öz ifadələrində həmin narkotik vasitələri paytaxt ərazisində qanunsuz dövriyyəyə buraxmaq və satışını təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını etiraf ediblər. Hazırda faktla bağlı cinayət işi başlanılıb və zəruri araşdırmalar davam etdirilir.