“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus Xəzər Dəniz Neft Donanmasının kapitanı Zaur Mustafayev ölkə hüdudlarından kənarda dünyasını dəyişib.

Postxronika.az xəbər verir ki, dənizçinin gəmidə olarkən qəfil insult keçirdiyi və nəticədə həyatını itirdiyi bildirilir. Hazırda mərhumun cənazəsinin Vətənə gətirilməsi üçün zəruri prosedurlar icra olunmaqdadır.

Xatırladaq ki, 1976-cı ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulan Z.Mustafayev 1999-cu ildən adıçəkilən donanmada fəaliyyət göstərirdi. O, uzun illərdir bu sahədə çalışaraq qurumun peşəkar mütəxəssislərindən biri kimi tanınırdı.