ABŞ Prezidenti Donald Trampın ətrafı Qrenlandiya ilə əlaqələri gücləndirmək və ölkənin təsirini artırmaq üçün bir sıra potensial biznes variantlarını təklif etməyə çalışır. 

Postxronika.az xəbər verir ki,  Ağ Ev Qrenlandiyada ABŞ-nin mövqeyini möhkəmləndirmək məqsədilə nadir torpaq metalları hasilatı və hidroelektrik stansiyaların qurulması kimi layihələri nəzərdən keçirir.

Qeyd olunur ki, əvvəllər Danimarka Qrenlandiyanın üzərindəki nəzarəti ABŞ-yə verməkdən imtina edib, Avropa liderləri isə Vaşinqtonu NATO müttəfiqinin ərazisini ələ keçirmək cəhdlərindən çəkindirmək üçün xəbərdarlıq ediblər. Hərbi güc tətbiqi isə ciddi şəkildə nəzərdən keçirilmir.